Bir evdə iki ingilis : Azərbaycanlı bacı qardaş Nyu Cersidən dörd qızıl medal gətirdi | Ic…
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Nyu-Cersi şəhərində keçirilən "Teeneagle" beynəlxalq ingilis dili olimpiadasında Azərbaycandan bir ailənin iki övladı qalib olub.
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin 9a sinif şagirdi Turan Musayev iki qızıl medal və bir kubok, 6c sinif şagirdi Zəhra Musazadə isə iki qızıl medal, üç kubok ilə Azərbaycana qayıdıblar.
Qeyd edək ki, artıq beşinci ildir ki, təşkil olunan bu olimpiadada 34 ölkədən şagirdlər iştirak ediblər.
Burada qalib olan xarici universitetlərə qəbul alarsa, təhsil haqqında 10 faizdən 70 faizə qədər güzəşt əldə edir.
Oxu.Az yarışda qalib olan Turan Musayev və Zəhra Musazadə ilə həmsöhbət olub.
Gələcəkdə xaricdə təhsil almaq istəyən Turan Musayev Oxu.Az-a açıqlamasında kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaq istədiyini qeyd edib.
Ən sevdiyi məşğuliyyətin futbol olduğunu deyən Turan bildirib ki, məqsədə çatmaq üçün hədəfə gedən yolda insan əlindən gələni etməlidir: "Hansısa çətinliklə qarşılaşanda ruhdan düşmək olmaz, bu yolda çətinliklərə baxmayaraq, məqsədləri daim xatırlamaq lazımdır".
Tam oxu
Xəbəri oxu