Bir gecədə 4 evi qarət edən TUTULDU

04.03.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, naməlum şəxs bir gecədə ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью