Bir gecədə 83 PUA məhv edilib

13.02.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya Federasiyasının doqquz bölgəsində Ukraynaya məxsus 83 PUA-nı tutaraq məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bryansk vilayəti üzərində 37 PUA, Kursk və Lipetsk vilayətləri üzərində hər biri 12 PUA, Tver vilayəti üzərində 9 PUA, Belqorod, Kaluqa, Smolensk və Voronej vilayətləri üzərində hər biri 3 PUA, Rostov vilayəti üzərində isə 1 PUA məhv edilib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью