Bir gecədə eyni binadan 6 velosiped oğurlayan saxlanıldı | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb.
Hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus altı ədəd velosiped oğurlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Oxunub 22 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu