Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Gecə saatlarında növbətçi hava hücumundan müdafiə sistemləri Rusiyanın vilayətləri üzərində Ukraynanın 6 pilotsuz uçan aparatını (PUA) məhv edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyasında PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 6 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. Ümumilikdə altı PUA Belqorod, Bryansk və Saratov vilayətləri üzərində vurulub”.
"Cebheinfo.az"