Bir gecədə Ukraynaya məxsus 51 PUA məhv edilib

15.11.2024

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Gecədə hava hücumundan müdafiə sistemləri Rusiya ərazisi üzərində, onlardan 36-sı Krasnodar diyarı üzərində olmaqla 51 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 51 PUA-nı məhv edib: Krasnodar diyarı ərazisində 36 PUA, Krım ərazisində 3 PUA, Belqorod vilayəti ərazisində 2 PUA və Azov dəniz üzərində 10 PUA”, - Müdafiə Nazirliyindən bildiriblər.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью