Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt ərazisində bir gecədə silsilə oğurluqlar törətməkdə şübhəli bilinən S.Səfərov saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs gecə saatlarında Səbail rayonu ərazisində yerləşən köşklərdən birinə daxil olaraq oradan pul vəsaiti və mobil telefon oğurlayıb.
O, analoji əməli Nəsimi rayonu ərazisində də törədib. Belə ki, həmin şəxs digər bir ticarət obyektindən ümumi dəyəri 6600 manat olan 5 ədəd mobil telefonu talayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.