Bir güləşçimiz qızıl, digəri gümüş medal qazandı

27.10.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Sərbəst güləşçilərimiz Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya çempionatında qızıl və gümüş medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, Xetaq Karsanov (125 kq) finalda iranlı Abolfazl Necada 0:11 hesabı ilə məğlub olub. O, dünya çempionatında gümüş medal qazanıb.
Digər güləşçimiz Kənan Heybətov isə finalda iranlı Sina Xəliliyə 9:4 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью