Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bir gün onlar hamısı yoxa çıxacaqlar. Ağıllı adamlar efirə həmişə gec-gec çıxırlar".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev deyib.
"Öz aramızda" verilişində qonaq olan sənətçi verilişlədən uzaq düşməsindən danışıb:
"Tamaşaçı hər zaman intizarda qalmalıdır. Əli boş gəlib hər gün efirə çıxmağın nə mənası var? İndiki verilişlər əvvəlki kimi sadəcə oxumaqdan ibarət olsa idi, ağıllı adamlar efirə gec-gec çıxardı. Amma indi qonaq kimi gəlirsən, mahnı oxumasan da min dənə dedi-qodu, başqa söhbətlər var. Bunlar bizi verilişlərdən uzaqlaşdırır, başqa yolumuz yoxdur.
Nə qədər magazin proqramları, dedi-qodular olsa da, bu millət öz dəyərləri ilə yaşayır. Bir gün onlar hamısı yoxa çıxacaqlar. Bu dövrü də yaşamaq lazımıdr, hamısı keçib gedəcək. Ələnəcəklər və istedadlılar qalacaq".
Aysel