Bir gündə 100 sərəncam imzalayacaq

11.01.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalaması gözlənilir.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, sərəncamlar sərhəd təhlükəsizliyi, o cümlədən ABŞ-Meksika sərhədində nəzarətin güclənməsi, deportasiya, məktəblərdə gender məsələsi, vaksinasiya və seçki kampaniyası zamanı vəd verdiyi digər məsələlərlə bağlı olacaq. Sənədlər yeni seçilmiş prezidentin komandası tərəfindən hazırlanır. Sərəncamların əksəriyyətinin yanvarın 20-si andiçmə günündə Prezident vəzifəni təhvil aldıqdan dərhal sonra imzalanacağı bildirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью