Bir gündə 1000 ağac

05.04.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xaçmazda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. 

Aksiya çərçivəsində Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama kəndi ərazisində keçən hissəsinin kənarlarında mindən çox şam ağacı əkilib. Yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb.

Aksiyanın əsas məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью