Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA dan narazıdır VİDEO

22.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Pirşağı qəsəbəsində yolda yaranan çöküntü sürücülər üçün ciddi problemə çevrilib. Təhlükəli vəziyyət səbəbindən bir gün ərzində üç avtomobilə ziyan dəyib.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yoldakı çöküntü uzun müddətdir mövcuddur. Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) dəfələrlə müraciət edilsə də, indiyədək ərazidə hər hansı təmir işləri aparılmayıb və sürücüləri xəbərdar etmək üçün təhlükəsizlik nişanları quraşdırılmayıb.

Bu gün isə vəziyyət daha da ağırlaşıb. Çökən yol hissəsinə düşən avtomobillərdən birinin alt hissəsi ciddi zədələnib və nəqliyyat vasitəsinin ərazidən çıxarılması üçün evakuator çağırılıb. Eyni gün ərzində daha iki avtomobil də çöküntüyə düşərək zərər görüb. Onlardan birinin karteri cırılıb, digərinin isə diski əyilib.

Sürücülər bildirirlər ki, yoldakı təhlükəli vəziyyət hər gün avtomobillərinə ziyan vurmaq riski yaradır. Onlar AAYDA-ya dəfələrlə edilən müraciətlərə baxmayaraq, problemə indiyədək müdaxilə olunmamasından narazıdırlar.

Sakinlər aidiyyəti qurumdan problemin təcili aradan qaldırılmasını, yolun təmir edilməsini və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/bir-gunde-3-avtomobil-siradan-cixdi-229093

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью