Bir gündə 35 axtarışda olan şəxs tutuldu Onlardan 19 u borclu olub

11.11.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda polis əməkdaşları noyabrın 10-da cinayət törətməkdə şübhəli bilinən 37 nəfəri saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 19-u borclu şəxs qismində axtarışda olan şəxslərdir.

Bundan başqa, narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən edilib.

DİN-in məlumatına görə, noyabrın 10-da hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə istiqamətində əməliyyat tədbirləri davam etdirilib.

AzPost.az

Post navigation

Previous: Bürclər üçün 11 noyabr proqnozu – Hansı dəyişikliklər olacaq?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью