Bir gündə 4 nəfər suda BOĞULDU

13.06.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda bir gündə 4 nəfər suda boğulub.

“Yeni Sabah” xəbər verir ki, hadisələr Kürdəmir, Beyləqan, Lənkəran rayonlarında və Bakının Buzovna qəsəbəsində (Xəzər dənizi) qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunun Ərəb Qubalı kəndi ərazisindən keçən Şirvan suvarma kanalında bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan dalğıclar 1998-ci il təvəllüdlü Emil Həsənovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Toyuqlu pizza

Digər hadisə Beyləqan rayonunda baş verib. Milabad kənd sakini, 65 yaşlı Əhliman Sarıyev Yuxarı Qarabağ kanalının Eyvazallar kəndi ərazisindən keçən hissəsində suya düşüb. Hazırda onun tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bakı şəhərinin Şüvəlan qəsəbəsində isə daha bir boğulma faktı qeydə alınıb. 1960-cı il təvəllüdlü Şirzad Əliyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Bundan başqa, Hirkan Milli Parkındakı şəlalədə çimən Lənkəran sakini, 1994-cü il təvəllüdlü Elvin Quliyev batıb. Hadisə rayonunun ucqar dağ kəndi olan Biləsərdə qeydə alınıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью