Icma.az bildirir, Milli.az portalına istinadən.
Sentyabrın 15-də ölkə ərazisində 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduqları üçün ümumilikdə 141 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 103-ü borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Həmçinin narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)