Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi

25.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Suxoy Superjet 100” təyyarəsi Krasnoyarskda məcburi eniş edib.

Gununsesi.info xəbər evrir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, buna səbəb ön şassinin hidravlik nasazlığı olub.

Mineralnıye Vodı-Ufa-Krasnoyarsk reysini yerinə yetirən RA 89080 təyyarəsi təcili eniş siqnalı verib və yerli vaxtla saat 11:45-də Krasnoyarska enib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.

Qeyd edək ki, bu, bir gündə nasazlıq yaşayan ikinci “Azimut” superjetidir. Belə ki, Soçidən Türkiyəyə uçan daha bir təyyarə Türkiyənin Antalya hava limanına endikdən sonra yanıb.

Gununsesi.info

(Axar.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью