Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. Bu gün Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun başlamasından 3 il ötür.
"Unikal" məlumat verir ki, 2022-ci ilin fevralın 24-də rus qoşunları suveren Ukraynaya hücum edərək, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibənin başlamasına səbəb olub.
Həmin gün Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna arasında “xüsusi hərbi əməliyyat”ın başladığını elan edib.
Bir neçə dəqiqədən sonra Ukrayna şəhərləri partlayış səslərinə oyanıb - Rusiya raketləri hərbi aerodromlara, anbarlara, daha sonra isə yaşayış binalarına hücum edib.
İlk həftələrdə ruslar bir anda bir neçə istiqamətdə - Krımdan və Donbassdan hücuma keçiblər.
Kremlin əsas məqsədi Kiyevi ələ keçirmək idi: "İşğalçılar ildırım sürəti ilə paytaxta soxulmaq, Ukrayna hökumətini sıradan çıxarmaq və ölkəni təslim olmağa məcbur etmək istəyirdilər.
Hətta Rusiya “Kiyevin tutulması” üçün üç-beş gün vaxt ayırdığını açıqlayırdı", - deyə Ukraynın "Unian" nəşri yazır. Reallıq isə fərqli oldu.
Qısa zamanda ABŞ başda olmaqla digər Avropa ölkələri Ukraynaya yardım əli uzatdılar.