Bir həftə ərzində 4,7 milyard dollar gəlir gətirdi

27.11.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Grand Theft Auto VI” (GTA VI) satışa çıxarıldığı ilk həftə ərzində 4,7 milyard dollar gəlir əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Alinea Analytics” şirkətinin analitiki Rhys Elliott “X” platformasında paylaşım edib.

O qeyd edib ki, oyun artıq 53 milyon nüsxə satılıb və bu satışların 75,7%-i “PlayStation 5” (PS5) versiyasının payına düşür.

Elliott həmçinin bildirib ki, yeddi milyon oyunçu “Rockstar Games”in bu yeni oyununda 50 saatdan çox vaxt keçirib, 250 min oyunçu isə 100 saatdan çox oynayıb.

“Alinea Analytics”in məlumatlarına əsasən, PS5-də satılan bütün “GTA VI” nüsxələrinin 33,5%-i ABŞ-nin payına düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью