Bir həftə ərzində Ukrayna zərbələri nəticəsində 18 rusiyalı həlak olub

05.08.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 130-a yaxın Rusiya Federasiyası sakini yaralanıb, 18 nəfər, o cümlədən bir uşaq həlak olub.

Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib:

"Son bir həftə ərzində 145 dinc sakin Ukrayna tərəfindən atəşindən əziyyət çəkib: 7-si azyaşlı olmaqla 127 nəfər yaralanıb, 1-i uşaq olmaqla 18 nəfər həlak olub. Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində xəsarət alan mülki əhalinin 80%-dən çoxu Ukraynanın müxtəlif sistemli və modifikasiyalı pilotsuz təyyarələrinin hücumlarının qurbanı olub”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью