Bir həftədə iki oxşar hadisə: Qayıqda cəsədlər tapıldı

31.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Karib hövzəsində, Sent Kitts və Nevis Sahil Mühafizəsi qrupları ölkə sahillərində üzən qayıqda 13 cəsəd tapıblar. Bu hadisə beş gün əvvəl Trinidad və Tobaqo yaxınlığında bir qayıqda beş nəfərin cəsədinin tapılmasından sonra baş verib.

News24.az xəbər verir ki, səlahiyyətlilər iki hadisə arasında əlaqənin olub-olmamasının hələ müəyyən edilmədiyini açıqlayıb. 

Ölənlərin kimliyi və milliyyəti barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edilib ki, kapitansız qayıq sahilə çıxarılıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью