Bir həftədə Ukraynanın 441 PUAsı məhv edildi

07.12.2024

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri üç bölgədə Ukraynanın dörd PUA-sını zərərsizləşdirib

Gecə saatlarında Belqorod, Astraxan və Voronej bölgələri üzərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, Belqorod bölgəsində 2, Astraxan və Voronej bölgələrinin isə hərəsində bir PUA zərərsizləşdirilib. Voronej bölgəsinə Ukrayna PUA-sının hücumu nəticəsində bir avtomobilə zərər dəyib.

Qeyd edək ki, son bir həftə ərzində Rusiya ordusu Ukraynaya məxsus 441 PUA-nı məhv edib.

Lalə Novruz , BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью