Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rumıniya dağ xilasetmə xidməti - Salvamont üzvləri ölkənin şimalındakı Maramures uezdində bir həftədir dağlarda qalmış üç Ukrayna vətəndaşını xilas ediblər.
Axar.az xəbər verir ki, bu barədə xidmətin sözçüsü Alina Prisekaru deyib.
"Ukraynalılar 1700 metr yüksəklikdə qoyun tövləsində odla isinməyə çalışarkən tapılıblar. Onlar bir həftə ərzində dağlarda dolaşıblar. Şəhər geyimində olduqları üçün yorğun və xəstə görünürdülər. Xilasedicilər ukraynalıları Valea Vişeului kəndindəki sərhədçilərə təhvil veriblər”, - deyə o bildirib.
Qeyd edilir ki, bundan öncə də Rumıniya ərazisində analoji hallar yaşanıb.