Bir il futbol oynaya bilməyəcək

09.12.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Vest Hem" klubunun yol qəzasına düşən futbolçusu Maykl Antonio ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Ayağından əməliyyat olunan 34 yaşlı hücumçunun cari mövsüm meydana çıxmayacağı dəqiqdir. Onun reabilitasiyası ilə məşğul olan həkimlərin proqnozlarına əsasən, oyunçunun sağalma müddəti bir ildir.

Maykl Antonionun karyerasını bitirmək ehtimalı da var.

Qeyd edək ki, Maykl Antonio dekabrın 7-də qəzaya düşüb. O, cari mövsüm London təmsilçisinin heyətində 14 oyun keçirib və 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью