Bir ildə altı dəfə tutulmaq olar?!

15.11.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İki çəkidə sabiq UFC çempionu Bi-Cey Penn noyabrın 4-də Havay adalarında həbs olunub. Keçmiş döyüşçü üçüncü dərəcəli hücumda ittiham olunur. O, 1000 dollar girov müqabilində azadlığa buraxılıb.

45 yaşlı zərərçəkmiş bildirib ki, Penn hadisə yerindən uzaqlaşıb polisə müraciət etməzdən əvvəl ona bir neçə dəfə yumruq və təpik vurub. Zərərçəkmiş daha sonra tibbi yardım istəyib. Polisin açıqlamasında deyilir:

“Saat 11.50-də polis Penni Hilodakı Lehua küçəsində aşkar edib və orada müqavimətə rast gəlmədən həbs edib”.

Bu, sabiq UFC döyüşçüsünün 2025-ci ildə altıncı həbsidi. Pennin həbsləri bu ilin mayından başlayır, həmin vaxt o, anasına qarşı məişət zorakılığında ittiham olunub. O, hazırkı ailəsinin saxtakar olduğunu və guya ABŞ hökuməti tərəfindən onun əsl qohumları ilə əvəz olunduğunu iddia edib. İdmançının qohumları onun ruhi xəstəlikdən əziyyət çəkdiyinə inanırlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью