Bir ildə Azərbaycanda 15 qız QAÇIRILIB

23.01.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş 2025-ci ilin yekunlarına Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, 2025-ci ildə 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью