Bir ildə narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib

24.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ötən il qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью