Bir ildə Qırğızıstana 21 milyona yaxın xarici vətəndaş səfər edib

23.01.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə Qırğızıstana 21 milyona yaxın xarici vətəndaş səfər edib.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, bu artım Qırğızıstana turizm, səyahət və biznes üçün bir məkan kimi marağın kəskin şəkildə artdığını göstərir.

Məlumata görə, il ərzində etibarsız sənədlərlə ölkəyə daxil olmağa cəhd edən 28 min 593 nəfər müəyyən edilib. Onlardan 28 min 6 nəfərin Qırğızıstana girişinə icazə verilməyib. Eyni zamanda, yaşayış qaydalarını pozduqlarına görə 2 min 31 xarici vətəndaş ölkədən deportasiya olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью