Bir İngiltərə klubundan digərinə keçə bilər

22.04.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Entoni Qordon yayda klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, o, “Arsenal”ın yay “transfer pəncərəsi” üçün əsas hədəflərindən biri sayılır. “Football Insider”in məlumatına görə, London klubu “Nyukasl”ın vingerini transfer etməyi planlaşdırır. Paytaxt komandasını çalışdıran Mikel Arteta 24 yaşlı futbolçunu sərəncamında görmək istəyir.
Entoni bu mövsüm “Nyukasl”ın heyətində 36 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью