Bir it sərnişin təyyarəsini havada saxladı Moskvada qeyri adi hadisə

06.09.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Novosibirskdən Moskvaya uçan PBD420 reysi enişə hazırlaşarkən dispetçerlər uçuş-enmə zolağında iti görüblər. Həmin vaxt təyyarə zolaqdan cəmi 4 kilometr məsafədə olub.

Pilotlara dərhal ikinci dövrəyə qalxmaq əmri verilib. Boeing 737 təhlükəsiz şəkildə yenidən hündürlük yığıb və aerodrom xidmətlərinin iti ərazidən uzaqlaşdırmasını gözləyib.

Zolaq təhlükəsiz vəziyyətə gətirildikdən sonra təyyarə ikinci cəhddə uğurla eniş edib. Reys mənzil başına yalnız kiçik gecikmə ilə çatıb.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью