Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
NASA-nın 22 sentyabr tarixli “Astronomy Picture of the Day” rubrikasında kosmos və aviasiyanı eyni kadrda birləşdirən qeyri-adi görüntü təqdim olunub.
Fotoda nəhəng Günəş diskinin qarşısından eyni anda Beynəlxalq Kosmik Stansiyanın (ISS) və bir təyyarənin siluetləri görünür.
Görüntü Çexiyanın Praşek bölgəsində fotoqraf Petr Horalek tərəfindən çəkilib. NASA-nın məlumatına görə, ISS-in Günəş qarşısından keçəcəyi əvvəlcədən dəqiq hesablanmış və çəkiliş saniyənin çox kiçik bir hissəsinə uyğunlaşdırılıb. Lakin həmin an təyyarənin də Günəşin qarşısından keçməsi tamamilə təsadüfi olub.
Beləliklə, Günəş fonunda üç fərqli obyekt – ulduzumuz, kosmik stansiya və təyyarə bir kadrda əks olunub.
Fotoqrafın hesablamasına əsasən, təsadüfi çəkilən Günəş görüntüsündə həm kosmik stansiyanın, həm də təyyarənin siluetinin eyni vaxtda görünməsi ehtimalı təxminən 30 milyonda 1-dir.
Səadət Rzayeva
XQ