Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. Vətəni olan, dövləti olan hər bir şəxsin şüurunda və ürəyində uğrunda ölməyə hazır olduğu
Bu bayraq həmişə azadlıq və istiqlal uğrunda müqəddəs savaşa gedənlərin başı üstündə dalğalanır.
Bizim də canımız qədər sevdiyimiz bayrağımız və bu bayrağın şərəfində ümumxalq bayramı elan olunmuş tariximiz var.
Noyabrın 9-u Dövlət Bayrağı Günüdür. Bayraq da torpaq kimi, uğrunda ölənlərin tapındığı, şəhidlərimizin büründüyü müqəddəs bir varlıqdır.
Üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb.
“Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Məhəmməd Əmin Rəsulzadə bu bayrağı Azərbaycan xalqına miras qoydu.
Az sonra bayrağımızı binalarımızın üzərindən endirsələr də bu bayraq ətrafında birləşən milyonlarla insanın ürəyindən çıxara bilmədilər.
70 il sonra, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu.