Bir Kredit BOKT 2 milyon manatlıq istiqrazlarını yerləşdirib

19.10.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“BİR Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2 milyon manat həcmində istiqraz buraxılışını qapalı yerləşdirmə üsulu ilə həyata keçirib.

Marja.az xəbər verir ki, bununla bağlı yayılan məlumata əsasən, istiqraz buraxılışı borc alınması məqsədilə reallaşdırılıb.

Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, adlı və sənədsiz istiqraz yerləşdirilib. İstiqrazlar Azərbaycan manatı ilə buraxılıb.

İstiqrazlar üzrə illik faiz gəlirliliyi 11,5 faiz, tədavül müddəti isə 12 ay təşkil edir.

Qiymətli kağızların buraxılışının qeydiyyat nömrəsi AZ2006027737-dir.

Məlumata görə, istiqrazların yerləşdirmə tarixi 7 oktyabr 2026-cı il olub. Buraxılış qapalı yerləşdirmə üsulu ilə təsdiqlənib və yerləşdirilməsi artıq həyata keçirilib.

Beləliklə, “BİR Kredit BOKT” MMC kapital bazarı vasitəsilə 2 milyon manat həcmində borc vəsaiti cəlb edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью