Bir manat pul qazanacaqdı, 140 manatlıq qayda pozdu VİDEO

27.05.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 02-BP-187 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü 1 manatdan sərnişin yığmaq üçün svetoforun sarı işığında hərəkət edib. O, daha sonra avtobus dayanacağına daxil olaraq dayanma-durma qaydasını da pozub.

Qeyd edək ki, sürücü 1 manat pul qazanacağı halda, qadağanedici işıqda hərəkət etdiyinə görə, 3 bal 100 manat məbləğində, avtobus dayanacağında dayandığı üçün isə 2 bal 40 manat məbləğində qayda pozuntusu törədib.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью