Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Xocəsən-Lökbatan yolunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 27-də saat 11:54 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-PB-096 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Ardınca o, qarşıdan nəqliyyat vasitələrinin gəldiyini görərək yenidən öz zolağına qayıdıb.
Təəssüf ki, bəzi sürücülər bir neçə saniyəlik vaxta qənaət etmək məqsədilə qayda pozurlar və özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atırlar.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229322.html