Bir maşını söküb başqa avtomobili düzəltdilər Sumqayıtda ustalar İFŞA OLUNDU

07.03.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Sumqayıt şəhərində bir nəfərə məxsus avtomobildən ehtiyat hissələri oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью