Adelet.az saytına istinadən Icma.az xəbər verir.
Müəllifin öz kitabını harda və necə satması heç vaxt qəbahət sayılmayıb və bu gün də qəbahət deyildir.
Mən bir şair tanıyırdım, kitablarını metro qatarlarında satırdı. Vaqonları bir- bir gəzir, gözləri mobil telefonların ekranlarında olan gənclərə deyirdi ki, telefondan əl çəkməyən cavanlar, bir az da başınızı qaldırıb , mənə baxın, kitabı görün , sizə ondan yaxın dost ola bilməz.
Amma gənclərin heç biri ona məhəl qoymur,heç gözlərinin ucu ilə kitaba baxmırdı. Yenə yaşlı nəslin nümayəndələri ondan kitab alırdılar. Bu yaxınlarda məşhur bir akademik deyib ki, yazıçı, şair öz kitabını küçədə satmamalıdır.Niyə qardaş? İndi çox adam kitab mağazalarına getmir, amma küçədə gedəndə kitab satışını görüb, ayaq saxlayır və ürəyi istədiyi kitabı alır!
Əsas məsələ odur ki, kimin ürəyi necə istəyir kitabının satışını təşkil edir! Bunun , nəyi pisdi, ay hörmətli akademik???
Emil FAİQOĞLU