Bir meymuna görə bütün ölkə işıqsız qaldı

10.02.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şri-Lankada meymunun elekrik yarımstansiyasına daxil olması səbəbindən bütün ölkə işıqsız qalıb. 

“Qafqazinfo” “The Economic Times”a istinadən xəbər verir ki, hadisə ölkənin Kolombo adlı bölgəsində qeydə alınıb.

Şri-Lankanın energetika naziri Kumara Jayakody bildirib ki, meymun şəbəkə tranformatoruna zərər vurub. Nəticədə ölkənin xəstəxana və müəssisələri fəaliyyətini generatorlarla davam etdirməli olub. 

Hadisədən üç saat sonra ölkənin bəzi hissələrində elektrik enerjisinin verilişini bərpa etmək mümkün olub. Hazırda digər bölgələr üzrə işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью