“Bir millət, iki dövlət” daim bir, bütöv Əminə Ərdoğan

25.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxunan bənzərsiz çıxışı... Bir millətin mədəniyyəti bu gün digərinin qəlbində əks-səda doğurdu. "Bir millət, iki dövlət" - mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir, bütöv.

Trend xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin həyat yoldaşı Əminə xanım Ərdoğan VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan nümayəndə heyətinin təqdimatındakı möhtəşəm "Zəfər" şou-kompozisiyasını izlədikdən sonra sosial media hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью