Bir milyard 400 milyon hindistanlı Putini səbirsizliklə gözləyir

01.09.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 sentyabr, AZƏRTAC

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini bu ilin dekabr ayında keçiriləcək 23-cü Rusiya-Hindistan sammiti üçün ölkəsinə dəvət edib.

AZƏRTAC xəbər verir ki, Narendra Modi dəvətini Rusiya Prezidenti ilə ikitərəfli görüş zamanı səsləndirib.

“2025-ci ilin dekabrında 1 milyard 400 milyon hindistanlı sizi səbirsizliklə gözləyəcək. Bu, ölkələrimiz arasında keçiriləcək 23-cü illik sammit olacaq”, – deyə Narendra Modi bildirib.

Baş nazir Hindistanla Rusiya arasında münasibətləri “dərin və hərtərəfli, xüsusi imtiyazlı strateji tərəfdaşlıq” kimi səciyyələndirib.

“Ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq təkcə xalqlarımız üçün deyil, qlobal sülh, sabitlik və rifahın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”, – deyə Narendra Modi əlavə edib.

Görüş üçün Vladimir Putinə təşəkkür edən Baş nazir onu “dostu” adlandırıb.

“Biz daima əlaqə saxlayırıq, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. İkitərəfli münasibətlər çərçivəsində mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçiririk”, – deyə Hindistanın hökumət bacısı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью