Bir milyon izləyici olan tiktoker meşədə ÖLDÜRÜLDÜ

26.01.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“TikTok” və sosial mediada “İrrawaddy” (Ayarwaddy) ləqəbi ilə tanınan məşhur bloqçu Ko Tin Zav Htve meşəlik ərazidə ölü tapılıb. 

Gənc myanmalı cəmi 25 yaşında idi.

“Cebheinfo.az” xəbər verir ki, Taylandın “Thairath” nəşrinin məlumatına görə, bloqçunun cəsədi 20 yanvarda ölkənin qərbindəki Mae Sot rayonunda tapılıb. Htvenin üzündə qurumuş qan və yaxınlıqda qətl silahı olduğu düşünülən qanlı taxta çubuq olduğu bildirilir.

Polis şübhəlinin həbs olunduğunu təsdiqləyib, lakin istintaq davam edir və təfərrüatlar hələ açıqlanmır.

Ko Tin Zav Htve Myanmadan olan azsaylı açıq kuir (heteroseksüel ve ikili cinsiyet normlarını (qadn/kişi) rədd edən-red.) bloqçularından biri idi. O, təxminən bir milyon izləyici və milyonlarla baxış toplayaraq əsl “TikTok” ulduzuna çevrilmişdi.
Mənbənin məlumatına görə, bloqçu 18 yanvar gecəsi telefon zəngindən sonra Tayland sərhədindəki Mae Sot şəhərində yaşayan evini tərk edib və bir daha geri qayıtmayıb. Onun son videosu 19 yanvarda yayımlanıb və Htve ölümündən cəmi bir gün əvvəl sevinclə rəqs edib və fil izi olan yeni gödəkçəsini nümayiş etdirib.

Sosial mediada çoxsaylı vida mesajları yayılıb. Dostlarından biri “Facebook”-da yazıb: "O, xeyirxah insan idi".

Başqa birisi isə populyarlığından əvvəl Yanqonda bir qəhvəxanada birlikdə işlədiyini xatırlayıb: 

"Kafe gecə bağlananda yeməyini mənimlə bölüşərdi. Onun çox təmiz ürəyi var idi. Bu, məni çox incidir".

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью