Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn və ölkədən gedən sərnişinlərin nəqliyyat vasitələrinə görə bölgüsündə maraqlı bir məqam diqqət çəkib.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə 1 milyon 948 min 200 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Onların istifadə etdiyi əsas istifadə etdiyi nəqliyyat vasitəsi təyyarə olub.
Gələnlərin 438 min 345 nəfəri, yəni 22.5 faizi dəmir yolu və avtomobil yolundan, 25 min 326 min nəfər, yəni 1.3 faizi dəniz yolundan istifadə ediblər.
Eyni dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 605 min nəfər olub ki, onların 441 min 375 nəfəri, yəni 27.5 faizi dəmir yolu və avtomobil yolu ilə, 30 min 495 nəfəri, yəni 1.9 faizi dəniz yolu ölkəni tərk ediblər.
Bu xəbərin dərcindən sonra sosial şəbəkələrdə belə bir müzakirəyə rast gəlinib ki, Azərbaycanın quru sərhədlərinin COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin mart ayından sərnişin gediş-gəlişi üçün bağlı olduğu halda, ölkəyə quru yolla təxminən 1 milyon nəfər necə gəlib-gedib?
Oxu.az buna aydınlıq gətirir: Qeyd edək ki, Azərbaycanda quru yolu ilə giriş və çıxış Nazirlər Kabinetinin qərarları və COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi çərçivəsində tənzimlənir.