Bir müddət evliliyimiz təhlükədə olub Obama

17.07.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel boşanma xəbərlərini təkzib ediblər. 

Sfera.az xəbər verir ki, onlar bu mövzu haqqında Kreyq Robinsonun podkastında danışıblar.

“Biz ayrı-ayrılıqda ictimai yerlərdə olanda insanlar boşandığımızı düşünürlər. Lakin heç vaxt evliliyə son verməyi düşünməmişik”,- Mişel deyib.

Keçmiş dövlət başçısı zarafatla bildirib ki, bir müddət evlilikləri təhlükədə olub, lakin həyat yoldaşı onu geri qaytarıb. 

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью