Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var

29.09.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, hazırda Z.Rzayev evə buraxılıb.

"Səhhəti bir az düzəlib. Evdə müalicəsi davam edir. Həkimlərin nəzarətindədir. Ümid edirik ki, yaxı olacaq" deyə, müğənninin yaxınları əlavə edib. 

Qeyd edək ki, Z.Rzayev sentyabrın xəstəxanaya yerləşdirilib. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью