Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb

27.11.2025

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

"Bolmart"ın Bakı şəhəri, Səməd Vurğun 60 ünvanında yerləşən "Təzə Bazar" filialı bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Bu barədə Marja-ya Bolmart supermarketlər şəbəkəsinin baş ofisindən bildirilib.

Qeyd edilib ki, fasilə müddəti icarə müqaviləsinin bitməsi və bununla bağlı texniki məsələlərin həll edilməsi ilə bağlı olub.

Zəruri prosedurlar tamamlandıqdan sonra mağaza yenidən sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində filialın daxili infrastrukturu yenilənib, məhsul sıralaması təkmilləşdirilib və xidmət standartları daha da yüksəldilib.

Hazırda mağaza tam gücü ilə fəaliyyət göstərir və müştəriləri hər gün qəbul edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью