Bir nazirlikdən digərinə vəzifəyə getdi FOTO

16.02.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mahmud Abdullayev qurumun Əmək siyasəti şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, M.Abdullayev Naxçıvanda doğulub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib.

Əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью