Bir neçə Aİ ölkəsi SVO iştirakçılarına girişi qadağan edə bilər

20.06.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Polşa, Skandinaviya və Baltikyanı ölkələr Birgə Hərbi Əməliyyat iştirakçılarının öz ərazilərinə girişini qadağan edəcək.

Bakıvaxtı.az Estoniyanın "ERR" dövlət televiziyasına istinadən xəbər verir ki, Rusiyanın  Ukraynadakı xüsusi hərbi əməliyyatında iştirak edən rusların Şengen zonasına girişinə qadağa qoyulması haqqında birgə qərar bu ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənib. 

Estoniyanın daxili işlər naziri İqor Taro bildirib ki, həmin şəxslər Şengen zonasında sərbəst səyahət edə bilməyəcəklər. Belə ki, onlara yaşamaq icazəsi və viza verilməyəcək.

Məhdudiyyətlər müharibə bitdikdən sonra da qüvvədə qalacaq.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью