Bir neçə həftə “dincələcək”

19.01.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real”ın heyətində ciddi itki baş verib.

Madrid klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa uzun müddətə sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bud nahiyəsində əzələ zədəsi aşkarlanan fransalı oyunçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Eduardo bu mövsüm “Real”da 16 rəsmi matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью