“Bir neçə həftəyə atəşkəs əldə olunacaq” Trampın xüsusi nümayəndəsi

19.03.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Cəmi bir neçə həftədən sonra Ukraynada tam atəşkəs barədə razılığa gəlmək mümkün olacaq. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.

"Mən inanıram ki, Putin vicdanla hərəkət edəcək. Düşünürəm ki, biz bir neçə həftə ərzində Ukraynada tam atəşkəsə nail ola bilərik", - o qeyd edib.

Vitkoff əlavə edib ki, ABŞ və Rusiya arasındakı münasibətlər Amerika üçün çox mühümdür.

Trampın xüsusi nümayəndəsi onu da qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılması Ukraynada atəşkəs razılaşmasından sonra baş verəcək.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью