Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün günorta saatlarında COP29 keçirilən məkanda bir neçə etirazçı davranış kodeksini pozub.
Axar.az-ın Report-a istinadən məlumatına görə, bir neçə etirazçı Yaşıl Zonada müəyyən edilmiş qaydalara zidd hərəkət edib və davranış kodeksini pozub.
Etirazçılar binadan kənarlaşdırılıb və dərhal sərbəst buraxılıblar.