“Bir neçə ölkə Qəzzadan olan qaçqınları qəbul etməyə hazırdır” Netanyahu

09.04.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə ölkə Qəzza zolağından xeyli sayda köçkünü qəbul etməyə hazırdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Hazırda bir sıra ölkələrlə danışıqlar aparılır. Onlar əhəmiyyətli sayda Qəzzadan olanları qəbul etməyə hazırdırlar. Bu vacibdir, çünki sonda məhz belə olmalıdır", - Netanyahu deyib.

İsrailin Baş naziri Qəzzadan olanların başqa ölkələrə köçürülməsi ideyasının ABŞ prezidenti Donald Trampın baxışının bir hissəsi olduğunu vurğulayıb. Lakin Netanyahu konkret hansı ölkələrlə danışıqlar aparıldığını açıqlamayıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью